İNFONEWS azvision.az -a istinadən xəbər verir ki, İndoneziyanın paytaxtı Cakartanın hava limanından səmaya qalxan “Sriwijaya Air”ə məxsus “Boeing 737-500” təyyarəsi Yava dənizinə düşüb.
Təyyarənin göyərtəsində 56 sərnişin və 6 heyət üzvü olub. Sərnişinlərdən 46-sı böyük, 7-si uşaq, 3-ü isə körpədir.
Azərbaycanın İndoneziyadakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyi (XİN) ilə əlaqə saxlayaraq təyyarədə vətəndaşlarımızın olub-olmaması barədə informasiya əldə etməyə çalışıb.
Səfirlikdən verilən məlumata görə, XİN-dən təyyarədə ümumiyyətlə əcnəbilərin olmadığı bildirilib. Araşdırmalar zamanı yeni xəbərlər olacağı təqdirdə bu barədə səfirliyə məlumat çatdırılacağı qeyd olunub.
Hazırda səfirlik məsələni diqqətdə saxlayır.