Ukrayna bir sıra dəniz limanlarını bağlayıb
Ukraynanın İnfrastruktur Nazirliyi Rusiya hərbçilərinin hərəkətlərinə görə bir sıra dəniz limanlarını bağlamaq qərarına gəlib.
İNFONEWS UNİAN-a istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin saytı məlumat yayıb.
Qeyd edilir ki, Xerson, Skadovsk, Mariupol və Berdyansk limanları bağlanıb.
Hökumət əlavə edib ki, limanlar yenidən Ukrayna tərəfinin nəzarəti altında olduqdan sonra fəaliyyətini bərpa edəcək.
“… Ukrayna İnfrastruktur Nazirliyi 29 aprel 2022-ci il tarixdə Ədliyyə Nazirliyində 470/37806 saylı “Dəniz limanlarının bağlanması haqqında” qeydiyyatdan keçmiş 28 aprel 2022-ci il tarixli 256 nömrəli əmr qəbul edib. Sərəncama əsasən, rəsmi dərc edildiyi gündən Berdyansk, Mariupol, Skadovsk, Xerson dəniz limanları bağlanır…”, – Nazirlər Kabinetindən bildirilib.
Əzizə Əliyeva
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır