Ukrayna Silahlı Qüvvələri Xarkovda daha bir qəsəbəni azad edib

Ukrayna Silahlı Qüvvələri Xarkovda daha bir qəsəbəni azad edib

Ukrayna Silahlı Qüvvələri Xarkov yaxınlığındakı daha bir qəsəbəni azad edib.

İNFONEWS “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bunu daxili işlər nazirinin müşaviri Anton Geraşenko sosial şəbəkə hesabında bildirib.

“92-ci briqada Xarkov vilayətində Starıy Saltovla qonşu olan Molodovı qəsəbəsinə nəzarəti bərpa edib”, – Geraşenko qeyd edib.

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələri bir neçə istiqamətdə əks-hücum əməliyyatı keçirərək Rusiya hərbçilərini Xarkovdan 25 kilometr geriyə sıxışdırıb.

 

Əzizə Əliyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

İNFONEWS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir