Ermənilər Anna Akopyanı ələ saldı: “Onu da Azərbaycana vermək lazımdır”

İNFONEWS “Azvision.az” -a istinadən xəbər verir.

İkinci Qarabağ müharibəsində Ermənistan üçün biabırçı məqamlardan biri də ölkənin birinci xanımının “ERATO” adı altında qadın “döyüşçülər”lə pozalar verməsi oldu.

Erməni fəallar köhnə mövzunu yenidən gündəmə daşıyaraq Nikol Paşinyanın həyat yoldaşının yersiz hərəkətlərini lənətləyirlər.

Belə ki, erməni istifadəçilər sosial şəbəkələrdə Anna Akopyanın həm müharibə, həm də ondan əvvəlki dövrdə Qarabağa gedərək hərbi geyimdə siyasi şoular göstərməsini yada salaraq, onu sərt tənqid ediblər.

Anna Akopyanın gündəmə gələrək tənqid olunması təsadüfi görünmür. Bəziləri onun bunkerdə olarkən ciddi yoluxucu xəstəlik tapdığı, hətta bu günlərdə baş naziri də yoluxdurduğunu iddia edirlər. Artıq bununla bağlı erməni KİV-ləri bəzi məlumatlar yayıblar.

Artur Baqdasaryan adlı fəal müharibədən sonra niyə “ERATO” dəstəsindən xəbər çıxmaması ilə maraqlanıb. O, sarkazmla eratoçuların pozaları, hərbi geyimdə, kosmetikada çəkdirdikləri döyüş səhnələri üçün darıxdığını yazıb:

“Müharibə qurtaran kimi “ERATO”suz həyat boz və mənasız olub. Elə Şuşa kimi…(Paşinyanın Şuşa haqqında məşhur bəhanəsi – red.)”

O daha sonra sarkazmla bildirib ki, “ERATO”nu da Azərbayacana Şuşa kimi təhvil vermək lazımdır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir