Ovcunda bir ömür payız toplayıb, baharda dünya vida etdi – MUSA YAQUB

Ovcunda bir ömür payız toplayıb, baharda dünya vida etdi – MUSA YAQUB

Azərbaycan ədəbiyyatına öz “Musa Yaqub” möhürünü vurmuş, müasir poeziyamızın əvəzedilməz nümayəndəsi, xalqın “təbiət”, “azadlıq”, “saflıq”, “həqiqət”, xalqın Xalq şairi Musa Yaqubun vəfatından bir il ötür.

Artıq bir ildir ki, Musa Yaqub “ovcunda bir ömür payız toplayıb”, baharda dünyaya əbədi vida edib.

Ovcuma da baxdım,

bir xəzələ də,

Damarlar, cizgilər nə qədər oxşar.

Bizdən ayrı deyil bircə gilə də,

Ovcumun içində bir payız yaşar.

Artıq bir ildir ki, Musa Yaqubun “dostlarını aparan qatarla… yalqızlıqdan qurtarıb gedib”… 

Göydə xəlbirimiz burda fırlanır –

Daha söz deməyə tutarım gedib,

Dostları aparan qatarım gedib,

Bu daşı özümə yoldaş eləyib,

Bəlkə elə mən də qurtarım gedim?!

Qalsın süfrə daşım mamır bağlasın,

Üstünə yağışlar yağsın, ağlasın…

Artıq bir ildir ki, “Bir də bu dünyaya Musa Yaqubdan – “söz tutarı”nın zirvəsində bəlli bir yerə sahiblənib, qəlbləri titrədən, təbiətin bu kövrək aşiqindən gələcəkmi? – sualını verirəm.

İsmayıllı rayonu, Buynuz kəndi

Arzu Məmmədqızı

“İNFONEWS”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir