Rusiya ordusunun Ukraynada məktəbə endirdiyi zərbə nəticəsində 60 nəfər həlak olub
Rusiya ordusunun Ukraynanın Luqansk vilayətinin Beloqorovka kəndində içərisində 90 dinc sakinin olduğu məktəbə bomba atması nəticəsində 60 nəfər həlak olub.
İNFONEWS-un məlumatına görə, bu barədə Luqansk Hərbi Administrasiyasının rəhbəri Sergey Qayday teleqramdakı hesabında məlumat verib.
“Beloqorovkada məktəbə endirilən hava zərbəsi nəticəsində 60 nəfər həlak olub. Mayın 7-də saat 16:37-də Beloqorovkada Rusiya aviasiyasının zərbəsi nəticəsində 300-ə yaxın kvadratmetr ərazidə məktəb binasında yanğınlar baş verib və mədəniyyət evində yanğın dörd saat sonra söndürülüb, sonra dağıntıların analizi aparılıb və təəssüf ki, iki nəfərin meyiti tapılıb. Dağıntılar altından 30 nəfər təxliyə edilib, onlardan 7-si yaralanıb”, – Qayday bildirib.
Əzizə Əliyeva
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır