Mingəçevir şəhəri möhtəşəm yarışa ev sahibliyi etdi

Mingəçevir şəhəri möhtəşəm yarışa ev sahibliyi elədi

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş Kanoe və Avarçəkmə üzrə “Prezident” kobunun final oyunları 2022-ci ilin 7 may tarixində Mingəçevir şəhərində keçirildi. 6 may tarixində Suqovuşanda ilkin oyunları keçirilən yarış Qarabağda ilk beynəlxalq səviyyəli yarış oldu. Yarışda Azərbaycanla yanaşı Türkiyə, Özbəkistan, Gürcüstan və Moldovadan olan idmançılar qatılıb.

Mingəçevirlilərin marağına səbəb olan yarışda bir çox şəhər sakini oyunu canlı izləmək üçün Kür çayının sahilinə gələrək idmançılara dəstək olublar.

İlk dəfədir şəhərimizdə keçirilən beynəlxalq yarışı izləmək məndə xoş təəssüratlar yaratdı. Mingəçevir Dövlət Universitetinin (MDU) tələbələri könüllü olaraq fəaliyyət göstərərək yarışın yüksək səviyyədə keçməsində öz faydalarını verməyə çalışdılar. Yarışı izləməyə gələn gənclər və idman naziri Fərid Qayıbovla görüşmək, söhbət etmək və xatirə foto çəkdirmək də qismət oldu. F. Qayıbov tələbə gənclərin könüllülük fəaliyyətini təqdirəlayiq addım kimi qiymətləndirərək onları daima fəal olmağa dəvət edib.

Qurban Qurbanzadə

“İNFONEWS”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir