Tarixi Əlimurad hamamından-FOTOREPORTAJ

Tarixi Əlimurad hamamından-FOTOREPORTAJ

Əlimurad hamamı — Abşeron rayonu Görədil qəsəbəsində, Novxanı-Pirşağı yolundan 600 m cənubda, Görədil kəndinin daxilinə gedən yolun sağ tərəfində yerləşir. Dörd bucaqlı formaya malik hamamın iki hissədən girişi vardır (cənub və şərq). İki hücrədən ibarət olan hamam müvafiq olaraq 2 günbəzə sahibdir. Hər gümbəzdə iki pəncərə vardır. Girişdə yerləşən hücrənin üzərində olan gümbəzdəki pəncərələrdən biri şərq, digəri isə cənub istiqamətdə yerləşdirilmişdir. İkinci gümbəzdəki pəncərələr isə cənub-qərb və cənub-şərq istiqamətdədir. Görünür bu hamamın daxilinə günəş işığının düşməsi və dəniz istiqamətdən əsən xəzri küləyinin gətirdiyi soyuq havanın və ya dəniz qumunun hamamın daxilinə daxil olmaması məqsədini güdür.

Hamamın XIX əsrdə tikilməsi qeyd olunur. Hamam hazırda istifadəsiz və baxımsız vəziyyətdədir. Hamamın adının onu inşa etdirən şəxsin adı ilə bağlı olması ehimal edilir.

“İNFONEWS” – un  fotojurnalisti Fariz Faiqoğlunun təqdimatında tarixi “Əlimurad” hamamının son vəziyyəti ilə sizi tanış edirik:

Fariz Faiqoğlu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir