“Qışqırıq – 6″nın (“Scream”) yaradıcı heyəti BƏLLİ OLDU
“İNFONEWS” xəbər verir.
“Qışqırıq” (“Scream”) filminin yeni altıncı hissəsinin çəkilişləri və yaradıcı heyəti barədə açıqlama verilib.
Məşhur “Paramount Pictures” studiyası “Qışqırıq” (“Scream”) filminin əvvəlki bölmələrində iştirak etmiş bir neçə aktyorla yeni çəkilişlər üçün müqavilə bağlayıb. “Qışqırıq—6” da tamaşaçılar yenədən Kortni Koksu görəcəklər. Eləcə də, Karpenter bacılarını canlandıran Melissa Barrera və Ceyn Orteqa da bu bölümdə yer alıblar.
Həmçinin, qorxu filminin altıncı hissəsinə Meyson Qudinq və Jasmin Savoy-Braun da qatılacaqlar. Belə ki, beşinci hissədə onlar Randi Miksin qardaşı uşaqları Mindi və Çedin rollarında oynayıblar. Hələlik yeni filmin süjetinin detalları açıqlanmayıb.
Rejissor kürsüsü yenidən Metyu Bettinelli-Olpin və Tayler Cillett, ssenari Ceyms Vanderbilt və Qay Büsik həvalə edilib.
Çəkilişlərin bu yay baş tutacağı vurğulanıb.