Moskvada “Bakı Evi”nin qarşısında davada erməni öldürüldü
“İNFONEWS” xəbər verir.
Rusiyanın paytaxtı Moskva şəhərinin Şərqində baş verən dava nəticəsində bir erməni öldürülüb, digər ikisi isə xəsarət alıb.
Rusiya mediasından əldə olunan məlumata görə, hadisə bazar günü gecə Rusakovskaya küçəsində baş verib. Saat 03:30 radələrində “Bakılı məhləsi” («Бакинский дворик») restoranının yaxınlığında bir qrup şəxs arasında münaqişə başlayıb ki, vəziyyət gərginləşərək, bıçaqlı davaya çevrilib. Nəticədə erməniəsilli üç nəfər ağır xəsarət alıb ki, yaralılardan ikisi 30 yaşlı əkiz qardaş olub. Onlardan biri ertəsi gün xəstəxanada ölüb.
İlkin məlumata görə, münaqişə restoranda erməniəsilli müştərilərə hesab təqdim edildikdən sonra baş verib. Ermənilər hesabın sifarışlərə uyğun olmadəğına etiraz ediblər.
Hadisənin Qafqaz əsilli 25-30 yaşlı şəxsin törətdiyi ehtimal edilir. Araşdırma davam edir.