FHN əməkdaşı minaya düşdü

 

“İNFONEWS.AZ”  xəbər verir.

Ağdam rayonu ərazisində minatəmizləmə əməliyyatı zamanı Fövqəladə Hallar Nazirliyinin əməkdaşı minaya düşüb.

Metbuat.az xəbər verir ki, FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin Döyüş və xüsusi hazırlıq idarəsinin istehkam və pirotexniki hazırlıq şöbəsinin rəisi kapitan Süleyman Vaqif oğlu Heydərov piyada əleyhinə minanın partlaması nəticəsində xəsarətlər alıb.

O, təcili olaraq həkim nəzarətinə götürülüb və bütün lazımi tibbi yardım göstərilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir