Əfqanıstan və Tacikistan sərhədçiləri arasında silahlı toqquşma olub

Əfqanıstan və Tacikistan sərhədçiləri arasında silahlı toqquşma olub

Əfqanıstan-Tacikistan sərhədində silahlı toqquşmalar olub.

İNFONEWS bu barədə “Afghanistan International”a istinadən xəbər verir.

“Əfqanıstanın şimalındakı yerli mənbələr Şerxan-Bəndər ərazisində, sərhəddə Tacikistan sərhədçiləri ilə “Taliban” qüvvələrinin dörd saat ərzində bir-birinə atəş açdığını bildirir”, – xəbərdə vurğulanır.

“Mənbələrin məlumatına görə, silahlı toqquşma “Taliban” qüvvələri ilə Tacikistan sərhədçiləri arasında şifahi gərginlikdən sonra baş verib və ilk olaraq “taliblər” atəş açıb”, – məlumatda qeyd edilir.

Hələlik Tacikistanın hökumət strukturları və Əfqanıstanda nəzarəti əlinə almış “Taliban” nümayəndələri xəbəri şərh etməyiblər.

 

Əzizə Əliyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

İNFONEWS

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir