“McDonalds” Rusiya bazarını həmişəlik tərk etdi

“McDonalds” Rusiya bazarını həmişəlik tərk etdi

“İNFONEWS” xəbər verir.

Amerika fast food şəbəkəsi “McDonalds” nəhayət Rusiya bazarını tərk etdiyini açıqlayıb.

Bu barədə “McDonalds”ın rəsmi bəyanatında deyilir.

“Şirkət Rusiyadakı bütün “McDonalds” restoranlarını yerli alıcıya satmaq niyyətindədir. Şirkət bu restoranların “dearxifiyası” prosesinə başlayır və bu, “McDonalds”ın adının, loqosunun, brendinqinin və menyusunun istifadəsinə qadağa qoyulmasına səbəb olur”, – deyə məlumatda qeyd olunub.

“McDonalds”ın baş direktoru Kris Kempçinskinin sözlərinə görə, şirkət Rusiyanın təcavüzü nəticəsində Ukraynada yaranmış humanitar böhrana cavab verməli olduğu üçün belə bir addım atıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir