“WhatsApp”ın bu funksiyası dəyişdi
“İNFONEWS” xəbər verir.
“WhatsApp” messencerində qrup çatlarından çıxmaqla bağlı funksiyalardan biri dəyişiləcək.
Bu barədə istifadəçilərə “WABetaInfo” portalının ekspertləri bildiriblər.
Məlumata əsasən, “WhatsApp”ın kompüterlər üçün 2.2218.1 saylı beta versiyasında indi qrup söhbətlərini səssizcə tərk etmək imkanı var. Yalnız adminlər istifadəçinin söhbəti tərk etməsi barədə bildiriş alır. Hazırda isə istifadəçi qrup söhbətini tərk edərsə, onun bütün iştirakçıları bunu görə bilir.