İran-Azərbaycan sərhəd körpüsü 6 aya hazır olacaq
İran-Azərbaycan sərhəd körpüsü 6 aya hazır olacaq.
İNFONEWS İran mətbuatına istinadən xəbər verir ki, bunu İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi deyib.
Qasemi iki ölkə arasında inkişaf edən tranzit və nəqliyyat əlaqələrinə uyğun olaraq Azərbaycana daxil olan İran yük maşınları üçün ödənişlərlə bağlı suala cavabında bildirib ki, İran yük maşınları üçün ödənişlərin azaldılması üçün iki ölkə arasında ekspertlər səviyyəsində müzakirələr aparılıb.
Nazir əlavə edib ki, ölkələr arasında müqaviləsi imzalanmış Astaraçay körpüsünün inşası sürətlə gedir və o, yaxın 6 ay ərzində istifadəyə veriləcək.
Rüstəm Qaseminin sözlərinə görə, Azərbaycanı Naxçıvana birləşdirən müştərək körpülərin tikintisi də iki ölkə rəsmiləri arasında müzakirə olunub.
Qeyd edək ki, Astaraçay üzərindən yeni tikiləcək avtomobil körpüsü Azərbaycanla İran arasında, habelə Rusiya və başqa ölkələrə yükdaşımaların artmasını hədəf seçib. Uzunluğu 100 metr, eni 30 metr olacaq bu körpünün tikintisi Azərbaycan ilə İran arasında, habelə başqa yolüstü ölkələrlə tranzit daşımalarını daha yüksək səviyyəyə qaldıra bilər.
Əzizə Əliyeva
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır