Qobustan qoruğunun əməkdaşları Türkiyədə beynəlxalq sərgidə iştirak ediblər

Qobustan qoruğunun əməkdaşları Türkiyədə beynəlxalq sərgidə iştirak ediblər

“İNFONEWS” xəbər verir.

Qobustan Milli Tarix – Bədii Qoruğunun direktoru Vüqar İsayevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə işgüzar səfər edib.

Qoruqdan bildirilib ki, səfər çərçivəsində nümayəndə heyəti Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Geçmişe gelecek sağla” devizi altında keçirilən “Heritage İstanbul” abidələrinin qorunması, restavrasiyası, bərpası, muzeyşünaslıq və texnologiyalar sərgisində iştirak edib.

Sərgi çərçivəsində qoruq əməkdaşları arxeoloq və bərpaçı mütəxəssislərlə görüş keçiriblər.

Görüşdə petroqliflərin bərpa – konservasiyası mövzusunda geniş müzakirələr aparılıb. Qoruğun direktoru Vüqar İsayev Qobustan abidələri haqqında görüş iştirakçılarına ətraflı məlumat verib, ünvanlanan sualları cavablandırıb.

Sərgi təşkilatçıları ilə aparılan danışıqlar nəticəsində Qobustan Milli Tarix – Bədii Qoruğunun növbəti ildən etibarən sərgidə təmsil olunması barədə razılığa gəlinib.

Sonda Türkiyənin mətbuat nümayəndələri ilə görüşən Vüqar İsayev yerli televiziya kanallarına müsahibə verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir