Bu üçcildliyin sonuncu kitabının hazırlanma müzakirə edilib

Bu üçcildliyin sonuncu kitabının hazırlanma müzakirə edilib

“İNFONEWS” xəbər verir.

AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda Elmi şuranın növbəti iclası keçirilib.

İnstitutdan əldə edilən məlumata görə, baş direktor coğrafiya elmləri doktoru Zakir Eminov gündəlikdə duran məsələlərlə iclas iştirakçılarını tanış edib. Z.Eminov iyun ayında Azərbaycan coğrafiya elminin inkişafında böyük əməyi olan akademik Ramiz Məmmədovun vəfatının bir ilinin tamam olduğunu diqqətə çatdırıb. Onun alim haqqında xatirə kitabı hazırlanması təklifi iclas iştirakçıları tərəfindən razılıqla qarşılanıb.

Sonra Təhsil şöbəsinin müdiri coğrafıya üzrə fəlsəfə doktoru Müseyib Yunusovun doktorant və dissertantların attestasiyasının nəticələri haqqında məruzəsi dinlənilib.

İclasda coğrafiyaya elmləri doktoru, professor, Əməkdar elm xadimi Nurəddin Kərəmovun 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfransın keçirilməsi ilə bağlı hazırlıq işlərinin vəziyyəti müzakirə edilib. Konfransın iyun ayının 10-da alimin doğulduğu Şamaxı şəhərində keçirilməsi qərara alınıb.

Daha sonra Şuşanın albom-xəritəsinin, eləcə də “Türk dünyasının coğrafiyası və etnosu” üçcildliyinin rus dilində sonuncu cildinin hazırlanmasının vəziyyəti və digər məsələlər də müzakirə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir