İNFONEWS xəbər verir.
Qırğızıstanda vaxtından əvvəl prezident seçkiləri və idarəetmə formasına dair referendum başa çatıb.
Ölkə Mərkəzi Seçki Komissiyası Sadır Japarovun seçkilərdə 52.11% səslə qalib gəldiyini bildirir.
Qeyd edək ki, prezident seçkiləri ilə eyni vaxtda idarə üsulu ilə bağlı referendum da keçirilib. Ölkənin 80%-dən çox seçicisi prezident idarə üsuluna səs verib. Bu o deməkdir ki, Japarovun səlahiyyətləri genişləndirilir.
Bununla da Qırğızıstanda növbədənkənar prezidenti seçkiləri və referendum baş tutmuş sayılır.