İNFONEWS “RİA Novosti” -yə istinadən xəbər verir.
Birləşmiş Millətlər Təşkilatınin (BMT) baş katibi Antonio Quterreş təşkilatın ilk iclasının 75 illiyinə həsr olunmuş tədbirdə bildirib ki, dünyada atəşkəsə mane olan problemlərdən danışıb.
Quterreş 2021-ci ildə dünyadakı bütün qarşıdurmalarda atəşkəsə çağırıb və əsas diqqətin pandemiya ilə mübarizəyə yönəldilməli olduğunu deyib:
“Həqiqət budur ki, sülhə və qlobal atəşkəsə doğru yolumuzda iki əsas çətinlik var. Birincisi etimadın olmamasıdır. İnamın olmaması insanların birləşməsinə, danışıqlara getməsinə və münaqişəni dayandırmasına maneədir. İkincisi isə dağıdıcı qüvvələrdir”.
Onun sözlərinə görə, bu gün dünyada baş verən silahlı qarşıdurmaların çoxu daxili ziddiyyətlərdir:
“Tərəflərin razılığa gəlmə qabiliyyətinə xələl gətirən bu cür dövlət müdaxiləsinin dayandırılmasını təmin etməliyik. Bu səbəbdən də Təhlükəsizlik Şurasının birliyi çox vacibdir. Ona görə böyük güclərin fikir ayrılıqlarını aradan qaldırması və beynəlxalq vəziyyətdə vahid qayda yaratmaq üçün birlikdə işləyə bilməsi çox vacibdir”.