Kanadada ildırım vurması nəticəsində 5 nəfər həlak olub
“İNFONEWS” xəbər verir.
Kanadanın Ottava şəhərində və Ontario əyalətində ildırım vurması nəticəsində 5 nəfər həlak olub.
Xarici KİV-dən əldə edilən məlumata görə, təbii fəlakət güclü küləklə müşayiət olunub, nəticədə çox sayda elektrik xətti sıradan çıxıb. Metrologiya xidmətinin məlumatına görə, küləyin sürəti saatda 33 metrə çatıb.