Bakı Marşal Klubu genişmiqyaslı təlim keçirdi-FOTOLAR

Bakı Marşal Klubu genişmiqyaslı təlim keçirdi-FOTOLAR

İNFONEWS  xəbər verir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin nəzdində Bakı Marşal Klubu marşallar vəŞirkətin əməkdaşları üçün genişmiqyaslı təlim keçirib.Təlimin keçirilməsində məqsəd yarışlar zamanı fövqəladə hal yarandıqdaəməliyyat və qarşılıqlı fəaliyyət planlarının reallığının yoxlanılması, yaranacaq təhlükəli halların qarşısının alınması və nəticələrin çevik şəkildə aradan qaldırılması üçün iştirakçıların peşəkarlığının daha da artırılmasıdır.  Avropa Oyunları Parkında yerləşən Bakı Marşal Mərkəzində təşkil olunmuş təlim nəzəri və praktiki hissələrdən ibarət olub. Nəzəri hissədə Formula 1 Azərbaycan Qran Prisinin idarə olunması prosesində əsas məqamlar, cari mövsümün strateji və texniki yenilikləri təlim iştirakçılarının diqqətinə çatdırılıb. Praktiki hissədə, təlim üçün salınmış xüsusi simulyasiya trekində marşallar texniki bacarıqlarını real olaraq tətbiq ediblər. Sonda Azərbaycan Avtomobil Federasiyasının drift və Volkikar yarış maşınlarından ibarət şou və mini yarış simulyasiyaları nümayiş etdirilib Qeyd edək ki, növbəti Formula 1 Azərbaycan Qran Prisi cari ilin 10-12 iyun tarixlərində keçiriləcək. Yarış müddətində 1400 marşal iştirak edəcək.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir