Bakı Şəhər Halqası Beynəlxalq Yer kürəsi Günü münasibətilə aksiya keçirib

Bakı Şəhər Halqası Beynəlxalq Yer kürəsi Günü münasibətilə aksiya keçirib.

İNFONEWS xəbər verir ki, Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti Beynəlxalq Yer Kürəsi Günü münasibətilə BŞH Akademiyasının könüllüləri və məktəblilərin iştirakı ilə sahilyanı təmizlik aksiyası keçirib. Şıx çimərliyində keçirilmiş tədbirin əsas məqsədi ətraf mühitin qorunması, məişət tullantılarına qarşı mübarizə, cəmiyyətin bununla bağlı maarifləndirilməsidir. Tədbir zamanı iştirakçılar çimərlik ərazisi boyunca təmizləmə işləri apardıqdan sonra toplanan tullantıları çeşidləyərək təkrar emal üçün təhvil veriblər.
Səbail Rayon İcra Hakimiyyəti və 132-134 nömrəli təhsil kompleksinin dəstəyi ilə baş tutmuş tədbir korporativ sosial məsuliyyət siyasətinə bir töhfədir. Bakı Şəhər Halqası Formula 1 Azərbaycan Qran Prisinin təşkilatçısı olaraq, Formula 1 Qrupunun dayanıqlı inkişaf strategiyası çərçivəsində 2030-cu ilə kimi karbon tullantılarının sıfıra endirilməsi təşəbbüsünə
qoşulur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir