Zelenski: “Vasitəçilərlə görüş istəyim yoxdur, Putindən başqa heç kimi qəbul etmirəm”

Zelenski: “Vasitəçilərlə görüş istəyim yoxdur, Putindən başqa heç kimi qəbul etmirəm”

“Vasitəçilərlə görüşmək istəyim yoxdur və olmayacaq. Mən Prezidentdən (Vladimir Putin-red) başqa heç kimlə görüşü qəbul etmirəm”.

İNFONEWS xəbər verir ki, bunları Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Dövlət başçısı qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinlə görüş o halda mümkündür ki, onun gündəliyində müharibənin dayandırılması məsələsi olsun.

“Onların elə bir qərar vermə strukturu var ki, onsuz heç bir qərar qəbul olunmur. Prezidentin qərarı ilə bütün qurumlar birləşib. Onsuz müharibəni dayandırmaq qərarı olmayacaq”, – Zelenski Davosda Ukrayna Evində sualları cavablandırarkən deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir