“Azərbaycan-Ermənistan görüşünü alqışlayırıq” – ATƏT
“Biz Avropa İttifaqının (Aİ) yardımı ilə Azərbaycan və Ermənistan tərəfləri arasında görüşü alqışlayırıq”.
INFONEWS xəbər verir ki, bu barədə ATƏT-ə sədrlik edən Polşanın “Twitter” səhifəsində qeyd olunub.
“Birbaşa dialoq münasibətlərin normallaşdırılması və hərtərəfli sülh sazişinin hazırlanması üçün ilkin şərtdir. Biz Cənubi Qafqazın dinc, demokratik və firavan gələcəyini təmin etmək üçün göstərilən səylərə kömək etməyə hazırıq”, – deyə paylaşımda qeyd edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır