Fransa XİN-dən Rusyaya qarşı yeni sanksiyalarla bağlı təklif

 

“İNFONEWS.AZ”  xəbər verir.

Rusiya neftindən imtinanı nəzərdə tutan altıncı sanksiyalar paketi ən qısa zamanda qəbul edilməlidir.

“İNFONEWS.AZ”  “Report”- a istinadən xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Ketrin Kolonna bildirib.

“Ukraynaya uzunmüddətli perspektivdə bütün sahələrdə dəstəyi gücləndirməliyik: maliyyə, iqtisadi, hərbi və humanitar. Rusiya neftindən tədricən imtinanı nəzərdə tutan altıncı sanksiyalar paketini də mümkün qədər tez qəbul etməliyik. Ümid edirik ki, bunu tez bir zamanda etmək mümkün olacaq”, – Kolonna deyib.

Avropa İttifaqı ölkələri Ukraynadakı müharibəyə görə Rusiyaya qarşı ardıcıl olaraq beş sanksiya paketi tətbiq ediblər. Qarşıdan gələn altıncı paket çərçivəsində Rusiya neftindən imtina imkanı nəzərdən keçirilir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir