“İNFONEWS.AZ” xəbər verir.
2015-2017-ci illər aralığında Azərbaycan Universitetinin rektoru olan Fərid Əhmədov rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.
✓ 43 yaşlı Fərid Əhmədov BDU-nun Hüquq fakultəsinin bakalavr və magistr məzunudur.
✓ O, həmçinin 2003-cü ildə “Chevening” təqaüdçüsü olaraq İngiltərənin Esseks Universitetinin də magistratura pilləsini bitirib.
✓ O, 2004-cü ildə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun aspirantı olub.
✓ 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.
✓ 2009-cu ildə doktorantura pilləsi üzrə İngiltərənin Oksford Universitetinə “Weidenfeld” təqaüdçüsü olaraq daxil olub və 2016-cı ildə həmin universitetin hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
✓ 2004-2008-ci illərdə BDU-da müəllim,
✓ 2009-2011-ci illərdə Oksford Universitetinin seminar müəllimi,
✓ 2011-2014-cü illərdə ADA Universitetində Hüquq fakültəsinin baş müəllimi olaraq çalışıb.
Uğurlar!