İrəvanda aksiyalar davam edir

İrəvanda aksiyalar davam edir

İrəvanda etirazçılar Ermənistan Xarici İşlər Nazirliyinin binasına giriş-çıxışları bağlamaq üçün onu mühasirəyə alıblar.
İNFONEWS RİA Novosti-yə istinadən xəbər verir ki, səhər saatlarında etirazçılar Xarici İşlər Nazirliyinin qarşısındakı polis kordonunu yarıb, bir müddət Xarici İşlər Nazirliyinin yaxınlığındakı hökumət binalarının girişlərini bağlayıblar.
Hazırda Xarici İşlər Nazirliyinin binası mühasirəyə alınmış vəziyyətdədir. Aksiyanın liderləri, parlamentin vitse-spikeri İşkham Saqatelyan bildirib ki, polis qüvvələri cəmləşdirir və buna görə də etirazçılar da bir araya gəlməlidir.
Xatırladaq ki, aprelin 25-dən etibarən müxalifət bütün Ermənistanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir