Selçuk Bayraktardan Şuşada “TEKNOFEST Azərbaycan”la bağlı MÜRACİƏT
“İNFONEWS” xəbər verir.
“Hər kəsi ilk fürsətdə “TEKNOFEST Azərbaycan”ı, Qarabağ və Şuşanı ziyarət etməyi tövsiyə edirəm”
Bunu Türkiyənin “Baykar Savunma” şirkətinin texniki direktoru, “Bayraqdar” pilotsuz uçuş aparatının (PUA) yaradıcısı Selçuk Bayraktar deyib.
“Mədəniyyətimizin qədim mədəniyyət mirasından olan Şuşanı ziyarət etdik. Burada təbiətdə nadirən olan, yaxamda döş nişanı olaraq taxdığım xarıbülbül gülünü görmək fürsətimiz oldu. Həmçinin xarıbülbül çiçəyini mənə və həyat yoldaşıma hədiyyə etdilər. Onun xatirəsini yaşatmaq üçün gözümüz kimi baxıb saxlayacağıq”, – o bildirib.