“Teknofest Azərbaycan”ın ikinci günü-FOTOLAR

“Teknofest Azərbaycan”ın ikinci günü-FOTOLAR

Bakıda “Teknofest-Azərbaycan” festivalı keçirilir.

Türkiyə qırıcı təyyarələri Bakı səmasında uçuş gerşəkləşdirib. Texnologiya və aviasiya ilə maraqlanan hər kəs böyük coşqu ilə qırıcı təyyarələrə seyr etmək üçün Bayraq meydanı ərazisində yığışıb. Qalib ölkənin qalib vətəndaşları olaraq festivalda iştirak edənlərin gözlərində coşqu, sevinc, fəxarət hissi əks olunub.

Texnofest təkcə aviasiya və kosmos festivalı yox, Türkiyə, Azərbaycan qardaşlığının unudulmaz və yaddaşlarda qalacaq festivaldır.

Gün ərzində Azərbaycan və türk pilotlarının iştirakı ilə aviaşoular nümayiş olunur. Saat 18-dən 20:00-dək estrada konserti davam edəcək. 21:00-da isə lazer şou başlayacaq.
Qeyd edək ki, festival 26-29 may tarixlərində keçiriləcək. Festival çərçivəsində müxtəlif müsabiqələrin təşkili nəzərdə tutulub.
İNFONEWS festivaldan görüntüləri təqdim edir:
Fariz Faiqoğlu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir