Mingəçevir Dövlət Universitetində “Açıq qapı” günləri keçiriləcək

Mingəçevir Dövlət Universitetində “Açıq qapı” günləri keçiriləcək

2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının başlanması ilə əlaqədar olaraq, Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramovun iştirakı ilə “Açıq qapı” günləri keçiriləcəkdir.

MDU-nun İctimaiyyətlə əlaqələr şöbəsindənİnfoNews“a verilən məlumata görə, imtahan sessiyası ərzində yarana biləcək sualların operativ cavablandırılması məqsədi daşıyan “Açıq qapı” günləri cari ilin 9 fevral tarixinədək hər həftənin cümə axşamı saat 15:00-da “Microsoft Teams” platforması üzərindən online formatda təşkil olunacaqdır.

Virtual görüşlərdə MDU tələbələri və onların valideynləri iştirak edə biləcəklər.

İlk “Açıq qapı” günü 2021-ci ilin 14 yanvar tarixində keçiriləcəkdir.

Görüşlərə qatılmaq istəyənlər [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir