“İNFONEWS.AZ” xəbər verir.
Azərbaycan və Rusiya prezidentləri Əliyev və Putin telefon danışığı zamanı Qarabağ üzrə sazişlərin icrasını müzakirə ediblər
Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin arasında telefon danışığı olub, Qarabağda sülhün bərqərar olmasına dair sazişlərin icrası müzakirə edilib. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Prezident administrasiyası əlavə edib ki, danışıqlar zamanı İlham Əliyev Vladimir Putinə mayın 22-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa Şurasının prezidenti Şarl Mişel ilə görüşü barədə məlumat verib.Mətbuat xidməti qeyd edir ki, söhbət Azərbaycan tərəfinin təşəbbüsü ilə baş tutub.