AZAL sərnişinlərə problemlərlə bağlı məlumat verib

 

“İNFONEWS.AZ”  xəbər verir.

Azərbaycanın iki aviadaşıyıcısının təyyarələrinə onlayn bilet almaqda problemlər yaranıb.
Aviabiletlərin bronlaşdırılması və alışı zamanı yaranan problemlərin olması barədə “Azərbaycan Hava Yolları” QSC (AZAL) və onun törəmə şirkəti “Buta Airways”in rəsmi internet səhifələrində məlumat verilib.
Oradakı bütün narahatlıqlar texniki işlərlə izah olunurdu.
“Hazırda aviaşirkətlərin biletlərinin alınması və reyslərə qeydiyyatdan keçmə variantları internet saytlarında müvəqqəti olaraq mövcud deyil. Tezliklə biletlərin bron edilməsi və alınması prosesi normal vəziyyətə gətiriləcək. Aviaşirkətlər yaranmış narahatlığa görə üzr istəyir”, – deyə sərnişinlərə müraciətdə bildirilir. deyir.Qeyd edək ki, aviaşirkətlər texniki işlərin nə qədər davam edəcəyini açıqlamayıblar.
Azərbaycan Hava Yolları Azərbaycanın ən böyük aviaşirkəti, milli aviadaşıyıcısıdır. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) üzvüdür. Şirkət Avropa, MDB, Şimali Amerika, Yaxın Şərq və Asiya ölkələrinə sərnişin daşımalarını həyata keçirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir