DİM-də iyunun 4-də TOEFL iBT imtahanı keçiriləcək

DİM-də iyunun 4-də TOEFL iBT imtahanı keçiriləcək

İmtahan DİM-in Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunacaq.

ETS-in (Educational Testing Service – Təhsildə Qiymətləndirmə Xidməti) TOEFL iBT imtahanı 4 iyun 2022-ci ildə Dövlət İmtahan Mərkəzinin Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunacaq.

Dövlət İmtahan Mərkəzindən “İNFONEWS”-a verilən məlumata görə, imtahana gəlməli olan şəxslər saat 08:00-dan gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasında olmalıdırlar.

İmtahan saat 9:00-da başlanır.

TOEFL iBT imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.

TOEFL iBT imtahanı haqqında daha ətraflı məlumatla DİM-in səhifəsindən tanış olmaq mümkündür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir