Çində 14,4 mindən çox insan fəlakət zonasında qalıb -ZƏLZƏLƏ
“İNFONEWS” xəbər verir.
Çinin cənub-qərbində yerləşən Siçuan əyalətində baş verən güclü zəlzələ səbəbindən 14,4 mindən çox insan fəlakət zonasında qalıb.
Sinxua agentliyinin məlumatına görə, bu barədə məlumatı güclü seysmoloji aktivliyin qeydə alındığı Yan şəhərinin administrasiyası yayıb. Məlumata görə, axtarış-xilasetmə əməliyyatlarına 7,8 mindən çox insan, o cümlədən təcili yardım xidmətləri, həkimlər və hərbçilər cəlb edilib.
Xatırladaq ki, iyunun 1-də Çinin Seysmologiya Mərkəzi Siçuan əyalətində 6,1 bal gücündə zəlzələ qeydə alıb. Yerli vaxtla saat 17:00-da baş verən zəlzələnin ocağı yer səthindən 17 kilometr dərinlikdə yerləşib. Rəsmi məlumatlara görə, təbii fəlakət nəticəsində ən azı 4 nəfər həlak olub, 42 isə nəfər yaralanıb.
Əyalətin administrativ mərkəzi olan Yan şəhərində 1,4 milyondan çox insan yaşayır.