5 iyun – Ümumdünya Ətraf Mühit Günüdür
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 1972-ci il 05 iyun tarixdə Stokholm şəhərində keçirilən iclasında ətraf mühit məsələləri diqqət mərkəzində olmuşdur. Problemin kəskinliyini, əhali arasında ekoloji şüurun genişləndirilməsi, ətraf mühitin mühafizəsi problemlərinə diqqət yönəldilməsi vacibliyini nəzərə alan iştirakçılar tərəfindən 5 iyun “Ümumdünya Ətraf Mühit Günü” kimi qeyd olunmasına qərar verilib və növbəti ildən başlayaraq həmin gün bütün dünyada təntənəli şəkildə qeyd olunmağa başlanılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən “İNFONEWS”-a verilən məlumata görə, bu il Ümumdünya Ətraf Mühit Günü “Yeganə planet” şüarı altında keçirilir.