“İNFONEWS.AZ” xəbər verir.
İyunun 7-də Milli Müdafiə Universitetinin rektoru vəzifəsini icra edən, professor general-leytenant Heydər Piriyev ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikası Milli Müdafiə Universitetinin rəhbər heyəti ilə “Milli təhlükəsizlik və müharibə kursu”nun dinləyicilərini qəbul edib.
Qonaqlar əvvəlcə Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək gül dəstələri düzüblər.
Görüşdə ölkələrimiz arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyi qeyd olunub, hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Nümayəndə heyəti və dinləyicilərə Azərbaycanda hərbi təhsil sistemi haqqında geniş brifinq təqdim olunub.
Sonda xatirə şəkli çəkilib.