Bakı küçələrində “Formula 1″in final mərhələsi start götürdü – FOTOLAR
Bu gün “Formula 1” və “Formula 2” üzrə Azərbaycan Qran-prisində üçüncü – son günə start verilib.
İlk olaraq “Formula-2″də yekun yarış baş tutub. Ardınca pilotların paradı, açılış mərasimi gerçəkləşib və Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Saat 15:00-da “Formula 1″də əsas yarış keçirilib və qran prinin qalibi müəyyənləşib.
Qeyd edək ki, “Formula 1” yarışı 6-cı dəfə Azərbaycanda təşkil olunur. Bakıdakı əvvəlki yarışlarda “Mercedes”in sabiq pilotu, artıq karyerasını başa vurmuş Niko Rosberq, “Red Bull”un keçmiş pilotu, hazırda “McLaren”da çıxış edən Daniel Rikkardo (2017), “Mercedes”dən Lüis Hemilton (2018), onun komanda yoldaşı Valtteri Bottas (2019) və “Red Bull”da çıxış edən Serxio Peres (2021) qalib olub. 2020-ci ildəki Azərbaycan Qran-prisi koronavirus pandemiyasına görə ləğv edilib.
Fariz Faiqoğlu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır