Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 171 nəfər dünyasını dəyişib.
Infonews-un məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 23 152 nəfərə çatıb.
Onun sözlərinə görə, ölkədə 9 809 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 346 285 nəfərə çatıb.
Nazir bildirib ki, ötən gün koronavirusdan 10 013 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 218 464 nəfər təşkil edir.