Bakı Zooloji Parkında pələng balası doğulub
“İNFONEWS” xəbr verir.
Bakı Zooloji Parkında pələng balası doğulub.
Bu barədə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva instaqram səhifəsində paylaşım edib.
Paylaşımda deyilir: “Bakı Zooloji Parkının tarixində ilk dəfə! Pələng ilində dünyaya gələn dişi pələng balası – Nur.
Bu balanın dünyaya gəlməsi bizim üçün möhtəşəm hadisədir, çünki pələnglər digər məməlilər kimi sürətlə çoxalmır. Təbiətdə pələnglərin nəsli kəsilmək üzrədir və hazırda 4000-dən az fərd qalıb. Bala hazırda karantində, baytar həkim və zoopark əməkdaşlarının mütəmadi nəzarəti altında saxlanılır və daha sonra valideynlərinə qovuşacaq”.