Hərbi hissənin yaradılmasının ildönümü münasibətilə tədbir keçirilib
“N” hərbi hissənin yaradılmasının ildönümü münasibətilə tədbir keçirilib.
Bu barədə “İNFONEWS”-a Müdafiə Nazirliyindən məlumat verilib.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Müdafiə Nazirliyinin nümayəndəsi general-mayor Azər Əliyev tədbir iştirakçılarını və qonaqları salamlayıb. Bildirib ki, hərbi hissə yarandığı gündən bəri uğurlu döyüş əməliyyatları keçirib. Birinci Qarabağ və Vətən müharibəsində hərbi hissənin qarşısında qoyulan döyüş tapşırıqlarının öhdəsindən layiqincə gəlib.
Tədbirdə ulu öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində apardığı siyasətin bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi xüsusi vurğulanıb.
Sonda xidmətdə fərqlənən, yüksək nizam-intizamı ilə seçilən bir qrup hərbi qulluqçu mükafatlandırılıb və məktəblilər tərəfindən tədbir iştirakçılarına ədəbi-bədii kompozisiya təqdim edilib.