Azərbaycan avarçəkəni Dünya Kubokunda çıxış edəcək

 

 

“İNFONEWS.AZ”  xəbər verir.

İyunun 16-da Polşanın Poznan şəhərində akademik avarçəkmə üzrə Dünya Kubokunun II mərhələsi start götürəcək.

İyunun 19-dək davam edəcək yarışda Azərbaycanı Bəhmən Nəsiri təmsil edəcək. İdmançı 1 nəfərlik qayıqla 2 000 metr məsafəyə yarışlarda qüvvəsini sınayacaq.

Serbiyanın paytaxtı Belqradda təşkil olunmuş I mərhələ (27-29 may) ilə müqayisədə Poznanda daha çox, 36 ölkədən 600-dən artıq idmançı mübarizə aparacaq. 2019-cu ildən bu yana ilk dəfə olaraq Avstraliya, Yeni Zelandiya, ABŞ və Kanadadan olan komandalar kifayət qədər geniş heyətlə Dünya Kubokuna qatılacaqlar. Polşada ən böyük heyətlə isə Almaniya komandası iştirak edəcək – 23 qayıq.

Reqlamentə əsasən, Dünya Kubokunun qalibləri III mərhələnin yekununa əsasən müəyyənləşəcək. Yarışların III mərhələsi 8 – 10 iyulda İsveçrənin Lutsern şəhərində baş tutacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir