Bayden İsveç, Finlandiya və Türkiyəni təbrik edib

Bayden İsveç, Finlandiya və Türkiyəni təbrik edib

ABŞ Prezidenti Cozef Bayden İsveç, Finlandiya və Türkiyəni NATO üzvlüyü ilə bağlı razılığa gəlmələri münasibətilə təbrik edib.

İNFONEWS xəbər verir ki, bu barədə Cozef Bayden tviterdə yazıb.

“Finlandiya, İsveç və Türkiyəni üçtərəfli memorandumun imzalanması münasibətilə təbrik edirik – bu, NATO-nun Finlandiya və İsveçi alyansa qoşulmağa dəvət etməsi istiqamətində mühüm addımdır. Nəticədə bu bizim ittifaqımızı gücləndirəcək və kollektiv təhlükəsizliyimizi artıracaq. Bu, NATO sammiti üçün əla başlanğıcdır”- o qeyd edib.

 

Əzizə Əliyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

İNFONEWS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir