Madriddə NATO-nun sammiti başlayıb

Madriddə NATO-nun sammiti başlayıb

İspaniyanın paytaxtı Madrid şəhərində NATO-nun zirvə toplantısı başlayıb.

İNFONEWS xəbər verir ki, toplantıda 30 ölkənin dövlət və hökumət başçısı iştirak edir.

Sammitdən əvvəl toplantı iştirakçıları xatirə fotosu çəkdiriblər.

Zirvə toplantısında Ukraynadakı vəziyyət və bu ölkəyə hərbi, maliyyə və humanitar yardım məsələləri müzakirə olunur. Eyni zamanda Alyansın yeni strateji konsepsiyası qəbul ediləcək. Bundan başqa, Finlandiya və İsveçin NATO-ya üzvlüyü ilə bağlı müraciətinə də baxılacaq.

Madrid tarixində ikinci dəfədir sammitə ev sahibliyi edir. Tarixi sayılan bu tədbirlə bağlı İspaniya paytaxtına 5 mindən çox insan toplaşıb. Sammit İspaniyanın Alyansa üzv qəbul olunmasının 40 illiyinə təsadüf edir.

 

Əzizə Əliyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

İNFONEWS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir