Gördüyü böyük işlərin kiçik parçasını göstərən – Sevinc Məhsimova
“İNFONEWS” təqdim edir.
Əksər valideynlər öz doğma övladına, həm də sağlamlıq problemi olmayan övladına yetərincə zaman, diqqət, qayğı ayıra bilmir. Amma bu gün aramızda barmaqla sayıla biləcək insanlar var ki, nəinki vaxtını, bütün həyatını fiziki məhdudiyyətli gənclərin gələcəkdə heç kimə əl açmadan, əldə edəcəyi biliyi, bacarığı, savadı ilə ayaqda dura bilməsi, cəmiyyətə rahatlıqla inteqrasiya edə bilməsi, ən əsası isə, özünü lazımlı, sevimli övlad hiss edə bilməsi üçün əlindən gələni etməklə bərabər, öz sağlığına belə qıyırlar. Bu övladlarımızın karyera, eləcə də şəxsi həyatındakı uğurlarında böyük əməyi olan şəxslərdən biri də Sevinc Məhsimova – Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İnklüziv Təhsil Mərkəzinin koordinatorudur.
Dəfələrlə Sevinc xanımın hər bir həssas yanaşılacaq tələbənin təhsili, yaradıcılıq istedadlarının aşkarlanması, asudə vaxtının düzgün qiymətləndirilməsi, dil biliklərinin artması və digər məsələlərlə bağlı problemlərinin həllində yaxından iştirakını, hissini-həyəcanını, sevincini, əsəbiliyini, kövrək anlarını çox görmüşəm.
Dünən Sevinc xanımın ad günü idi. Mən də öz növbəmdə sevimlimiz, əzizimiz Sevinc xanıma ürək sözlərimi, arzularımı yazmaq istədim. Onu yaxından tanıyanlar, əməkdaşlıq edənlər çox gözəl bilirlər ki, yuxarıda söylədiklərim Sevinc xanımın gördüyü iböyük işlərin ən balaca hissəsidir.
Sevinc Məhsimovanı bir daha təbrik edir, ona can sağlığı, möhtəşəm işlərində bolluca uğurlar diləyirəm.
Arzu Məmmədqızı