Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov ÇEMPİONLAR TURUNDA

Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov ÇEMPİONLAR TURUNDA

Şahmatçılarımız Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov Mayamidə start götürəcək çempionlar turunun növbəti mərhələsində iştirak edəcəklər.

“İNFONEWS” xəbər verir ki, iyulun 10-da start götürəcək yarışda qrosmeysterlərimizlə yanaşı, Yan-Kşiştof Duda, Radoslav Voytaşek (Polşa), Aniş Giri (Hollandiya), Leyner Dominqes, Levon Aronyan, Samuel Sevyan, Samuel Şenkland, Ceffri Şonq, Hans Niman (ABŞ), Riçard Rapport (Macarıstan), Aryan Tari (Norveç), Vei Yi, Yu Venjun (Çin) və Arjun Erigaisi (Hindistan) çıxış edəcəklər.

Yarışın mükafat fondu 210 min dollardır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir