Bakıda internat məktəbində toy oldu, nazir rəqs etdi – VİDEO
Bakının Şüvəlan qəsəbəsi 4 nömrəli internat məktəbində toy mərasimi keçirilib.
“İNFONEWS” – un əldə etdiyi məlumatına görə, bu gün sözügedən internat məktəbində təhsil alan iki gənc ailə həyatı qurub.
Onların şad günündə təhsil naziri Emin Əmrullayev də iştirak edib. Nazir rəqsi ilə gənclərin sevincinə şərik olub.
Hələ uzun illər gənclərin unudulmaz xatirəsinə çevriləcək bu anların videosunu təqdim edirik: