Aqrotexniki xidmətlərə görə ƏDV tətbiq edilirmi?
Meyvə-tərəvəz istehsalçısı olan kəndli əkin sahəsinin dərmanlanması üçün ƏDV qeydiyyatında olan hüquqi şəxslə müqavilə bağladıqda hüquqi şəxs tərəfindən göstərilən aqrotexniki xidmətlərə görə Əlavə Dəyər Vergisi tətbiq edilirmi?
“İNFONEWS” – un Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, Vergi Məcəlləsinə 2022-ci ilin yanvarın 1-dən edilmiş dəyişikliyə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçılarına aqrotexniki xidmətlərin göstərilməsi ƏDV-dən azaddır.
Sözügedən Məcəlləyə görə, ƏDV qeydiyyatında olan hüquqi şəxs tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçısına göstərilən aqrotexniki xidmətlərin dəyərinə ƏDV tətbiq edilmir.