Cizgi filmlərinin “xeyirxah” timsah qəhrəmanı xatırladan ALBİNOS ALLİQATOR – VİDEO

Cizgi filmlərinin “xeyirxah” timsah qəhrəmanı xatırladan ALBİNOS ALLİQATOR

“İNFONEWS” xəbər verir ki, bu körpə – albinos alliqator ABŞ -ın Luiziana ştatından tapılıb. Bir müddət alliqatoru Luiziana zooparkında saxlayıblar, daha sonra isə onu “Gatoland” qoruğuna köçürüblər.

Bouya Blen – timsahkimilər sinfinin nadir növlərindəndir ki, ona əsasən “Amerikan albinos alliqatoru” deyilir. Bu böyük sürünənlərin dünyada yalnız 12 növü vardır. Vəhşi təbiətdə albinos-alligatorlar uzun müddət yaşaya bilmirlər, çünki onlar tez gözə çarpan olurlar.

Körpə albinos alliqatorun “günahsız” mavi gözlərinə baxıb və onun mehriban “təbəssümünü” izləyənlər, istər-istəməz onu cizgi filmlərinin “xeyirxah” timsah qəhrəmanına bənzədirlər ki, bu da onu qısa müddətdə zooparkın sevimlisinə çevirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir