Ceyhun Bayramov latviyalı həmkarı ilə telefonla danışıb

Ceyhun Bayramov latviyalı həmkarı ilə telefonla danışıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs arasında telefon danışığı olub.

İNFONEWS xəbər verir ki,bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazirlər iki ölkə arasında ikitərəfli əməkdaşlıq gündəliyinin qarşılıqlı maraq doğuran məsələlərini müzakirə ediblər.

Tərəflər, eyni zamanda Azərbaycan-Avropa İttifaqı tərəfdaşlığının aktual məsələlərini üzrə fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı nazirlər, həmçinin cari regional vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

 

Əzizə Əliyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

İNFONEWS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir