Bu yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq- XƏBƏRDARLIQ

Bu yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq- XƏBƏRDARLIQ

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 66-69-cu kilometrlik hissəsində (Şamaxı rayonu istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar iyulun 21-də saat 10:00-dan etibarən yolun qeyd edilən hissəsində hərəkət işlərin aparılacağı bir zolaq üzrə (digər hərəkət zolaqları açıqdır) hissə-hissə məhdudlaşdırılacaq.

“İNFONEWS” -un Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən əldə etdiyi məlumatına görə, məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.

Sürücülərdən təmir-bərpa işlərinin aparılmasına anlayışla yanaşmaları, sözügedən istiqamətdə yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir